29 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”nin baş məşqçisini cəzalandırdılar

Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında əvəzedici komandalar da diqqətdən kənarda qalmayıb.

İdmanxeber.com-un  məlumatına görə, İK əvəzedici heyətlərinin XXII turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun baş məşqçisi Tofiq Mustafayev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan  kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırıb.

Eyni hərəkətə görə “Neftçi” 500 manat cərimə ödəyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43