Kateqoriyasız

“Xəzər Lənkəran” “Qəbələ” ilə oyuna hazırlaşır

“Xəzər Lənkəran” bir günlük istirahətdən sonra bu gün 23-cü turun hazırlığına başlayır. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, qış fasiləsindən sonra keçirdiyi son iki qarşılaşmada məğlub olan komanda bu dəfə çətin Qəbələ səfərinə yollanacaq. 

Fevral ayının 26-na qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək “Xəzər Lənkəran” həmin gün səfərə çıxacaq və bir gün sonra Qəbələdə eyni adlı komanda ilə üz-üzə gələcək. Komandada zədəli və cəzalı futbolçu yoxdur. 

Qeyd edək ki, fevralın 27-də keçiriləcək “Qəbələ” – “Xəzər Lənkəran” oyunu saat 17:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43