Türkiyənin "Qalatasaray" klubu heyətini gücləndirməkdə davam edir.
İdmanxeber.com-un "Fanatik" nəşrinə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi bugün "Antalyaspor"un futbolçusu Emrah Başsanla görüşüb.
"Aslanlar"ın məşq bazasında baş tutan görüşdə 23 yaşlı cinah oyunçusu ilə müqavilənin şərtlərinə aydınlıq gətirilib. Qısa müddət içərisində transferin rəsmiləşəcəyi gözlənilir.