Kateqoriyasız

“Çelsi” “Lester”in futbolçusunu istəyir

“Çelsi” növbəti mövsüm hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, “zadəganlar” “Roma”da oynayan Nainqolan transferini istəsə də, bu keçid baş tutmayınca hədəfini “Lester”də oynayan Nqolo Kanteyə çevirdi.

“The Telegraph” nəşrinin yazdığına görə, London təmsilçisi fransız futbolçuya görə 20 milyon avrosundan keçməyə hazırdı. Hərçənd, “Lester” Kanteni satmaq istəmir. Buna baxmayaraq, futbolçunun öz istəyinin də nəzərə alınacağı istisna olunmur.

Qeyd edək ki, “Çelsi” artıq İtaliya yığmasının baş məşqçisi Antonio Konte ilə razılığa gəlib


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43