Dünya futbolu

“Qalatasaray”dan növbəti transfer

Türkiyənin "Qalatasaray" klubu heyətini gücləndirməkdə davam edir.

İdmanxeber.com-un "Fanatik" nəşrinə istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi bugün "Antalyaspor"un futbolçusu Emrah Başsanla görüşüb.

"Aslanlar"ın məşq bazasında baş tutan görüşdə 23 yaşlı cinah oyunçusu ilə müqavilənin şərtlərinə aydınlıq gətirilib. Qısa müddət içərisində transferin rəsmiləşəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43