Dünya futbolu

Ronaldo: “Ümid edirəm ki, Messi qərarından geri dönər”

Braziliya millisinin əfsanəvi futbolçusu Ronaldo, argentinalı ulduz Leonel Messinin millidən getmək qərarına münasibət bildirib.

İdmanxeber.com-un “Xinhua” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Ronaldo açıqlamasında bunları deyib: 

“Bu, Messinin şəxsi seçimidir və hər kəs ona hörmətlə yanaşmaq məcburiyyətindədir. Ancaq futbolsevərlər özlərini Messi tərəfindən tərk edilmiş kimi hiss edir. Ümid edirəm ki, Messi qərarından geri dönər.”

Leonel Messi Argentina – Çili (Kopa Amerika finali) matçında penaltini qaçırdığı üçün komandası məğlub olandan sonra Argentina millisindəki karyerasını bitirmək qərarı alıb. Onu qərarından döndərmək üçün məsələyə Argentinanın canlı əfsanəsi Dieqo Maradona və ölkə prezidenti də müdaxilə etmək niyyətindədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43