DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Çexiya yığmasının baş məşqçi postunda dəyişiklik olub.
İdmanxeber.com-un məlumatına görə, “Avro-2016″dakı uğursuz çıxışdan sonra Pavel Vrba komandadan gedib.
Onun əvəzinə isə Karel Yarolim milliyə yeni baş məşqçi təyin olunub. 59 yaşlı çalışdırıcının qarşısına qoyulan əsas məqsəd Çexiya yığmasına 2018-ci ildə keçiriləcək mundiala çıxartmaqdır.