Avroliqanın qrup mərhələsində “Qəbələ”nin rəqibləri olan “Sent Etyen” və “Anderlext” ölkə çempionatında növbəti matçlarını keçiriblər.
İdmanxeber.com-un məlumatına görə, “Anderlext” Belçika çempionatının 5-ci turunda “Gent”lə qarşılaşıb. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.
“Sent Etyen” isə Fransa çempionatının üçüncü turunda öz meydanında “Tuluza”nı qəbul edib. Tərəflərin səylərinə baxmayaraq qapılara qol vurulmayıb – 0:0.