Milli komandamızın və "Bursaspor"un hücumçusu Dəniz Yılmaz Türkiyə superliqasında əvvəlki statusunda oynaya bilməyəcək.
İdmanxeber.com-un məlumatına görə, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya ilə milli komandamızın səfər matçında meydana çıxan Yılmaz ilə bağlı Türkiyə Futbol Federasiyası yeni qərarını açıqlayıb. Futbolçu millimizin heyətində debüt etdiyinə görə, Türkiyədə yerli statusundan məhrum edilib.
Beləliklə, heyətində 8 əcnəbi futbolçu olan "Bursaspor"da xaricilərin sayı 9-a yüksəlib.