Dünyadan

Berbatov “Mançester Yunayted”ə qayıdır

Son olaraq PAOK-da çıxış edən bolqar hücumçu Dimitar Berbatov “Mançester Yunayted”ə qayıda bilər.

Azad agent statusu daşıyan 35 yaşlı futbolçunun “qırmızı şeytanlar”a futbolçu yox, məşqçi kimi gələcəyi gözlənilir. Berbatovun “Mançester Yunayted”in məşqçilər korpusunda yer alacağı gözlənilir. Bu barədə məlumatı Bolqarıstan mətbuatı yayıb.

Qeyd edək ki, Berbatov 2008-2012-ci illərdə “Mançester Yunayted”də çıxış edib. O, çıxdığı 108 oyunda 48 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43