İspaniyanın “Atletiko” klubu Lukas Biliyanı heyətinə qata bilər.
İdmanxeber.com-un məlumatına görə, İspaniya klubu hazırda argentinalı futbolçunun transferi üçün “Latsio” ilə danışıqlar aparır. “Atletiko” futbolçu üçün 3 milyon avro ödəməyə hazır olduğunu bildirib, lakin İtalia klubu hələ ki, bu məbləğlə razılaşmayıb.
Xatırladaq ki, yarımmüdafiəçi ilə “Selta”, “Valensiya” və “Atalanta” da yaxından maraqlıdır.