İspaniya La Liqasının XVI turundan təxirə salınmış “Valensiya”ya ilə oyunda uduzan (1:2) “Real” aparıcı futbolçusunu da itirib.
İdmanxeber.com-un məlumatına görə, matçın 73-cü dəqiqəsində zədələnərək yerini komanda yoldaşı Naçoya verən Rafael Varanın əzələsində problem aşkarlanıb.
İlkin müayinədən sonra 23 yaşlı müdafiəçinin 3 həftə meydana çıxa bilməyəcəyi məlum olub.