“Mançester Yunayted”in futbolçusu Zlatan İbrahimoviç dünən Avropa Liqasının 1/4 finalında “Anderlext”lə cavab qarşılaşmasının 90-cı dəqiqəsində dizindən zədələnib.
İdmanxeber.com-un məlumatına görə, oyun davam edə bilməyən isveçli hücumçu Antoni Marsyalla əvəzlənib.
Onun hansı müddətə yaşıl meydanlardan uzaq qalacağı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.
Qeyd edək ki, “MY” – “Anderlext” görüşü “qırmızı şeytanlar”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.