Ölkə futbolu

FİFA-dan “Qarabağ”a təbrik

FİFA-nın prezidenti Canni İnfantino “Qarabağ”ı ölkə çempionu olması münasibəti ilə təbrik edib.

İdmanxeber.com-un məlumatına görə, bununla bağlı o, AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirib.

C.İnfantino dünya futbol ictimaiyyəti adından “Qarabağ” klubunu Topaz Premyer Liqanın 2016/2017-ci il mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43