Dünya futbolu

Puyol “El Klassiko”ya Suriya qaçqınları ilə baxacaq

“Barselona”nın keçmiş kapitanı Karles Puyol qarşıdakı “El Klassiko”nu qaçqınlarla birlikdə izləyəcək.

İdmanxeber.com-un məlumatına görə  La Liqanın prezidenti Xavyer Tebas və Karles Puyol oyuna Salonikidəki Suriya qaçqınlarının düşərgəsində tamaşa edəcək. Düşərgədə bunun üçün böyük ekran quraşdırılacaq. Onlarla birlikdə oyunu izləmək üçün Yunanıstanın digər şəhərlərindəki Suriya qaçqınlar da gələcəklər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43