UEFA-nın milli assosiasiyalar üzrə koordinatoru Mariya Arxangelskaya AFFA-nın maliyyə hesabatının analiz edilməsi məqsədi ilə Bakıda işgüzar səfərdədir.
İdmanxeber.com-un məlumatına görə, qonaq bu gün AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunmuş təlim-məşq bazası ilə də tanış olub.