17 yaşlı futbolçular arasında keçirilən Avropa Çempionatı başa çatıb.
Xorvatiyada keçirilən turnirdə çempion İspaniya yığması olub. Final matçında İspaniya yığması İngiltərə millisi ilə qarşılaşıb. Oyun əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa atdığından qalib penaltilər seriyasında bəlli olub. Burada daha dəqiq olan İspaniya millisi 4:1 hesablı qələbə qazanıb.