Rusiya millisinin Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov şəxsi “İnstagram” hesabındakı “tarix” bölməsinə yerləşdirdiyi foto ilə diqqət çəkib.
İdmanxeber.com-un məlumatına görə, əslən azərbaycanlı olan futbolçu Ermənistan ordusu tərəfindən Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin ölümünə biganə qalmayıb.
Qeyd edək ki, Aleksandr Səmədov Azərbaycan millisindən imtina edərək Rusiya yığmasını seçib.