“Sivasspor” heyətini daha bir futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, Türkiyə təmsilçisi “Monako”nun müdafiəçisi Elderson Eçiedjileni transfer edib.
Nigeriyalı sol cinah müdafiəçisi yeni klubu ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Eçiedjile “Monako”ya 2014-cü ildə transfer olunub. O, indiyədək Fransa klubunun heyətində 54 görüşdə forma geyib.