Bakıda hazırlıq keçmiş “Kəpəz”in əvəzedici heyəti qısa istirahətdən sonra Gəncədə məşqləri bərpa edib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda şəhər stadionunun yardımçı meydançasında məşqlərə başlayıb. Hazılıq prosesində 19 futbolçu iştirak edir.
Bu arada əvəzedicilər daha bir yoxlama oyunu keçirəcəklər. “Sarı-göylər” iyulun 27-də Qaxda Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası ilə qarşılaşacaq. Oyun millinin toplanış keçdiyi İlisuda olacaq.
“Kəpəz” Azərbaycan millisi ilə qarşılaşacaq
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43