Dünyadan

“Bu futbolkanı fəxrlə daşıyacam” – Modriç

Madrid “Real”ının yeni “10 nömrəsi” bu rəqəmlə fəxr etdiyini deyib. Bu barədə “Real”ın mətbuat xidməti məlumat verib.

Modriç 10 nömrəni fəxrlə daşıyacağını deyib. Onun üçün bu rəqəm ən sevimlidi:

“Bu futbolkanı fəxrlə daşıyacam. Düşünəndə ki, 10 nömrəni hansı futbolçular geyinib bu rəqəmi sevməyə bilmirsən. Nömrə dəyişmək barədə düşünmürdüm. Ancaq imkan yarandı və bunu etdim. Hərçənd futbolda nömrələr oynamır”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43