Filip Koutinyonu 160 milyon avro qarşılığında “Barselona”ya satan “Liverpul” maraqlı addımı ilə diqqət çəkib.
İdmanxeber.com-un məlumatına görə, rəhbərlik braziliyalı futbolçunun adının yazıldığı köhnə formaları kluba qaytaran azarkeşə 50 pound məbləğində mükafat verəcəyini bildirib. Üstəlik, həmin azarkeşə fan şopdan alacağı istənilən əşya üçün eyni məbləğdə endirim ediləcək.
Rəhbərliyin hansı səbəbdən bu addımı atdığı bilinmir.