Milli komandamızın üzvü Ramil Şeydayev formasını geyindiyi “Krılya Sovetov”da yenə ehtiyatda qalıb.
22 yaşlı hücumçunun komandası Rusiya Premyer Liqasının 9-cu turunda “Rubin”ə səfərdə 2:1 hesabı ilə məğlub olub. Millimizin üzvü bu oyunu da digər matçlar kimi kənardan izləyib. Samara klubunun baş məşqçisi Andrey Tixinov ona oynamaq şansı verməyib.
Qeyd edək ki, Ramil bundan əvvəlki 4 ölkə çempionat oyununda da ehtiyatda qalıb. Gənc hücumçu bu komandanın heyətində cəmi 1 oyun keçirib