“Proyssen”in baş məşqçisi Marko Antverpen “Bild” nəşrinə müsahibə verib. Almaniyalı mütəxəssis komanda millimizin hücumçusu Rüfət Dadaşovla da bağlı danışıb:
“Bizim yaxşı kollektivimiz və güclü komandamız var. İkinci dövrə üçün hazırlıqlarımız davam edir. Rüfət Dadaşov bizim aparıcı oyunçumuzdur. Yanvarın 26-da yeni ilin ilk rəsmi matçında “Karl Zeys Jena”nın qonağı olacağıq. Artıq həmin görüşün heyətini beynimdə qurmuşam. Yoxlama görüşlərində isə digər oyunçulara özlərini göstərmək üçün çox oyun şansı verəcəm”.
“Proyssen” Almaniya 3-cü Bundesliqasında 20 turdan sonra 29 xalla 7-ci pillədə qərarlaşır.