UEFA “Qarabağ” – “Molde” matçının harda keçirilməsi ilə bağlı son qərarını bu gün açıqlayacaq.
“Qarabağ”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nurlan İbrahimov İdmanxeber.az-a bildirib ki, UEFA sözügedən matç ətrafında yaranmış qeyri-müəyyən durumla bağlı rəsmi mövqeyini bu gün ortaya qoya bilər:
“Hələ ki, yeni bir xəbər yoxdu. Ümid edirik ki, gün sonuna kimi məsələyə tam aydınlıq gələcək”.
Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli olan “Qarabağ” – “Molde” matçı saat 20:00-a təyin olunub.