“Ferentsvaroş” klubu “Qarabağ”a qarşı keçirəcəyi oyunlarından əvvəl sifariş ərizəsində son anda daha 2 dəyişiklik edib.
İdmanxeber.az-ın məlumatına görə, rusiyalı baş məşqçi Stanislav Çerçesov iki hücumçunu iştirak ərizəsinə saldırıb. O, fransalı yarımmüdafəçi Ksavye Mersye və nigeriyalı hücumçu Forçun Basseyinin əvəzinə belçikalı Rayan Mmae və braziliyalı Markinyosu daxil edib.
Qeyd edək ki, “Qarabağ” “Ferenstvaroş”a qarşı ilk matçını bu gün Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.