Kateqoriyasız

“Kəpəz” kapitanı ilə müqaviləni uzatdı

Yeni mövsümdən Premyer Liqada çıxış edəcək “Kəpəz” kapitanı Əli Səmədovla müqaviləni yeniləyib.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə təmsilçisinin yetirməsi olan yarımmüdafiəçinin yeni sözlməşməsi 1 illikdir.

Qeyd edək ki, “Kəpəz” daha əvvəl Elçin Əlicanov, Tural Rzayev, Nicat Süleymanov və Bəhruz Teymurovla sözləşməni uzadıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43