Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2022-ci ildə dünyanın ən yaxşı futbolçusunun adını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Argentina millisinin kapitanı Lionel Messi bu ada layiq görülüb. O, səsvermədə 275 səs toplayıb və bütün rəqiblərini qabaqlayıb.
Xatırladaq ki, 2021-ci ildə bu mükafata polşalı Robert Levandovski layiq görülüb.
Lionel Messi (Argentina, PSJ) – 275 səs
Kilian Mbappe (Fransa, PSJ) – 35 səs
Kərim Benzema (Fransa, “Real”) – 30 səs
Luka Modriç (Xorvatiya, “Real”) – 15 səs
Erlinq Haland (Norveç, “Mançester Siti) – 5 səs