“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərov “Qarabağ” oyunu (1:3) barədə fikirlərin bildirib.
İdmanxeber.az-ın məlumatıına görə, o, “CBC Sport”a açıqlamasında futbolçularının mübarizəsini müsbət qiymətləndirib:
“Qarabağ” ölkənin ən yaxşı komandalarından biridir. Topa onların sahib olduqları gözlənilən idi. Buna qarşı oyunçulara müəyyən tapşırıqlar vermişdik. Ancaq ani diqqətsizliklər qolla nəticələnir. Buna baxmayaraq, komanda əzmkarlıq göstərdi. Bu da gələcək oyunlar üçün bizi sevindirir”.
Əsgərov komandanın yeni transferləri Əli Səmədov və Emin Zamanovun performanslarından da danışıb:
“Hər ikisə də bizə yaxşı uyğunlaşdı. Gənc və perspektivli futbolçulardır. Onların belə çıxış etməsi bizi sevindirir”.