Ölkə futbolu

“İndiki vəziyyətdə onlardan razı qala bilmərəm” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Şamaxı” oyunu (3:1) barədə fikirlərini bildirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrüəli mütəxəssis qarşılaşma haqda “CBC Sport”a danışıb. O, komandasının çıxışından razı qaldığını bildirib:

“Qolların sayını artırmalıyıq. Fürsətlərdən daha çox istifadə etməliyik. 3 qollu qələbə yaxşı nəticədir. “Şamaxı” ötən mövsüm sonlarından daha yaxşı mübarizə aparır. Oyunlarını inkişaf etdiriblər. Bu gün də bunun şahidi olduq. Uduzmağı sevmirlər. Sona qədər arqessiv mübarizə aparırlar”.

Qurbanov komandanın yeni transferləri Adama Diakabi və Redon Cicinin performanslarını da dəyərləndirib:

“İndiki vəziyyətdə onlardan razı qala bilmərəm. Hələ potensiallarını ortaya qoya bilməzlər. Fiziki formalarını bərpa etmələri və bizim oyun sisteminə uyğunlaşmaları üçün vaxt lazımdır. Gələcəkdə çox faydalı olacaqlar.

Komandanın qapıçısı Amin Ramazanov da normal çıxış etdi. Özünü təcrübəli qapıçı kimi apardı. Onun da ilk oyunudur. Mən Antalya toplanışında demişdim ki, əlimizdəki futbolçuların ustalıq səviyyəsini artırmalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43