“Real”ın prezidenti Florentino Peres “Fənərbağça”nın gənc futbolçusunu bəyənib.
İdmanxeber.az “El Nacional”a istinadən xəbər verir ki, klub rəhbəri 18 yaşlı oyunçunu transfer etmək niyyətindədir. Peres Ardanı gələcəyin böyük ulduzu kimi görür.
Mənbə yazır ki, Karlo Ançelottinin rəhbərlik etdiyi komandada gənc isimlərin sayı azdır.
Bu səbəbdən də Madrid təmsilçisi yeni mövsümdən heyətə ulduz olmağa namizəd oyunçuları heyətinə cəlb etməyi düşünür.