“Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsi üçün daha 4 potensial rəqibinin adına aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi ilk turda “Linkoln” (Cəbəllütariq), “Aris” (Limassol, Kipr), “Farul” (Rumıniya) və “Ballkani” (Kosovo) komandaları ilə qarşılaşı bilər.
Daha əvvəl isə 9 mümkün rəqib məlum olmuşdu: “Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).
Oyunlar isə 11-12 iyul və 18-19 iyul tarixlərində keçiriləcək.