Dünya futbolu

“Çelsi” heç-heçəyə layiq idi” – Lempard

“Çelsi” Premyer Liqanın 37-ci turunda “Mançester Siti”yə 1:0 hesabı ilə məğlub olub.

İdmanxeber.az-ın məlumatına görə, oyunun ardından London klubunun baş məşqçisi Frenk Lempard görüşün ardından fikirlərini bildirib:

“Komanda yaxşı futbol nümayiş etdirdi, oyundan razı qaldım. “Çelsi”nin heç-heçəyə layiq olduğunu düşünürəm. Komanda bu matçda irəli getdiyini göstərdi”.

Premyer Liqanın 36 turundan sonra “Çelsi” 43 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. “Siti” daha əvvəl vaxtından əvvəl İngiltərə çempionu olmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43