Dünya futbolu

“Uğur qazanmaq üçün çox şeyi dəyişməliyik” – Harri Keyn

“Tottenhem”in hücumçusu Harri Keyn cari mövsüm komandanın çıxışını dəyərləndirib.

İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli oyunçu Premyer Liqanın 37-ci turunda “Brentford” məğlubiyyətindən (1:3) sonra kluba nə lazım olduğunu açıqlayıb:

“Mümkün qədər bu mövsümə diqqət yetirmişəm, komanda üçün əlimdən gələnin artığını ortaya qoyuram. Uğur qazanmaq üçün çox şeyi dəyişməliyik. Yeni mövsümdən fərqli bir “Tottenhem” yaratmalıyıq. 

Hazırda isə bütün diqqətimi son matçlardan həzz almağa və mövsümü qələbə ilə başa vurmağa çalışmağa yönəltmişəm”.

Keyn bu mövsüm Premyer Liqada 37 oyuna çıxıb, 28 qol vurub və 3 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43