29 Sentyabr 2024
Ölkə futbolu

Oduva “Turan Tovuz”la razılaşmır – SƏBƏB

“Turan Tovuz”da əsas hədəf komandanın aparıcı üzvlərini heyətdə saxlamaqdır. Rəhbərlik mövsüm bitəndən dərhal sonra bu yöndə çalışmalarını davam etdirsə də, hələlik yekun nəticə yoxdur.

Baş məşqçi Ayxan Abassov heyətin əsas üzvlərindən olan Natan Oduvanı komandada saxlamaq istəyir. Futbolçu ilə danışıqlar davam etsə də, tərəflər razılaşa bilmir.

“Turan Tovuz” rəhbərliyi Oduvaya eyni şərtlərlə yeni sözləşmə təkif edib. Ancaq futbolçu bunu qəbul etmir. O, maaşının artırılmasını istəyir.

Tovuz klubu isə mövsümün ikici yarısında performansında eniş yaşanan 27 yaşlı futbolçunun maaşını artırmaq niyyətində deyil. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

İdmanxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43