Dünya futbolu

Kante Ronaldonun yanına gedə bilər

“Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını “Əl Nəsr”də davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı təmsilçisi futbolçuya yüksək məbləğli yeni müqavilə təklif etməyə hazırlaşır. Kantenin “Çelsi” ilə sözləşməsi yayda başa çatacaq.

O, “Əl Nəsr”ə azad agent statusu ilə qoşula bilər. 

32 yaşlı oyunçu ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 9 oyuna çıxıb və bir məhsuldar ötürmə edib. O, zədə səbəbindən mövsümün çox hissəsini buraxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43