Dünya futbolu

İspaniya Braziliya millisi ilə üz-üzə gələcək

Futbol üzrə İspaniya və Braziliya milliləri arasında yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə hər iki ölkənin federasiyası xəbər verib. İrqçiliklə mübarizə çərçivəsində baş tutacaq görüşün posterində “Real”ın hücumçusu Vinisius Junior da daxil olmaqla bir neçə oyunçu yer alacaq. 

Xatırladaq ki, braziliyalı futbolçu bu yaxınlarda Madrid təmsilçisinin “Valensiya”ya qarşı matçında  irqçiliyə məruz qalıb. 

Milli komandalar arasında matç 2024-cü ilin martında baş tutmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43