Ölkə futbolu

Bölgə klubunun hücumçusu getdi

“Şamaxı”nın hücumçusu Amil Yunanov klubdan ayrılıb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi ilə müqaviləsi bitən oyunçu komanda ilə sözləşmə yeniləməyib. Bir neçə klubdan təklif alan futbolçunun karyerasını hansı komandada davam etdirəcəyi yaxın vaxtda bəlli ollacaq.

Mövsümü sonuncu bitirən əyalət klubunun hələlik elitanı tərk edib-etməyəcəyi bəlli deyil.

Rəhbərlik hazırda bir neçə oyunçusu ilə danışıq aparsa da, yekun nəticə yoxdur. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43