Ölkə futbolu

PFL prezidentinin son durumu: “Özünü yaxşı hiss edir”

“Sevindirici haldır ki, Elxan Səmədovun bərpası arzuladığımız kimi gedir”

Bu sözləri İdmanxeber.az saytına Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Sənan Abdulayev qurumun rəhbəri Elxan Səmədovun son durumu barədə danışarkən deyib. O, daha sonra belə davam edib;

“Fizioterapiyalar davam edir. Özünü çox yaxşı hiss edir. Davamlı olaraq çox qısa müddətə də olsa ayağa qaldırılır. Doğrudur, hələ ki gəzdirilmir. Amma orqanizmi ilə bağlı hər bir prosedur öz effektini göstərir”.

Qeyd edək ki, E.Səmədov 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində qəzaya uğrayıb. Onunla birlikdə PFL-Ain vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43