“Mançester Yunayted” “Real Sosyedad”ın 29 yaşlı qapıçısı Aleks Remironu almaq üçün cəhd edəcək.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik ötən yay “İnter”dən kluba qoşulan kamerunlu qapıçı Andre Onanaya alternativ axtarır. Bu səbəbdən də Remiro heyətə cəlb edilə bilər.
Təcrübəli qolkiper 2019-cu ilin yayından “Real Sosyedad”da çıxış edir. Bu mövsüm La Liqada apıçı 33 oyun keçirib, 32 qol buraxıb və 14 dəfə qapısını toxunulmaz saxlayıb.