Dünya futbolu

“Bavariya”nın vurduğu qolda ofsayd var idi? – FOTO

UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin cavab görüşündə “Real” “Bavariya”nı məğlub edib (2:1).

İdmanxeber.az-ın məlumatına görə, qarşılaşmanın son dəqiqələrində baş verən bir epizod müzakirələrə səbəb olub. Belə ki, “Bavariya”nın görüşün sonuna əlavə edilmiş vaxtda vurduğu qolda ofsayd qeydə alınıb.

Yan xətt hakiminin dərhal bayrağını qaldırması və epizodun VAR-da yoxlanılmaması ciddi müzakirələrə səbəb olub.

Ancaq matçdan sonra həmin epizodun oyundan kənar vəziyyət olduğu və qərarın doğru olduğu açıqlanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43