Bu yay “Leypsiq”ə keçən Lois Openda oyunuyla diqqətləri üzərinə çəkib.
İdmanxeber.az-ın məlumatına görə, “Lans”dan 38 milyon avroya Almaniya klubuna transfer olan belçikalı forvard bu mövsüm bütün turnirlərdə 20 oyuna çıxıb və 13 qol vurub.
Opendanın müqaviləsində 2025-ci ildən etibarən keçərli olacaq 80 milyon avroya sərbəstqalma bəndi var.