Səudiyyə Ərəbistanı çempionatında növbəti mövsümdən legioner limiti artırıla bilər.
İdmanxeber.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, hazırda çempionatda maksimum 8 legioner çıxış edir. Ancaq mənbə iddia edir ki, növbəti mövsümdən bu rəqəm 10-a çıxarılacaq.
Bu qərar legionerlər üçün çempionatın cəlbediciliyini artırmaq və Səudiyyə Ərəbistanının futboldakı mövqelərini gücləndirmək üçün nəzərdə tutulub.