“Emil Səfərovla yalnız “Qarabağ” yox, daha iki-üç klub maraqlanır. Amma oyunçu “Qəbələ”nin futbolçusudur və klubla 1,5 illik müqaviləsi var”.
Bu sözləri İdmanxeber.az saytına “Qəbələ”nin və Azərbaycan millisinin üzvü Emil Səfərovun meneceri Səbuhi Səfiyarlı oyunçunun Ağdam təmsilçisinə mümkün transferi barədə danışarkən deyib. O, daha sonra belə davam edib:
“Hazırda hər hansı transferdən danışmaq doğru olmaz. Çünki ortada konkret təklif yoxdur. Bizə gələn rəsmi bir müraciət olmayıb. Olsa da, ilk öncə “Qəbələ” klubu ilə danışılmalıdır. Emil müqavilə ilə bölgə təmsilçisinə məxsusdur. Səfərovun qışda klubu dəyişəcəyini demək çətindir. Belə bir şey gözlənilmir”.
Həsən Quluzadə