PSJ-nin hücumçusu Kilian Mbappe keçmiş komanda yoldaşı Lionel Messi ilə oynamaq üçün darıxdığını deyib.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə açıqlama verən ulduz futbolçu argentinalının yerinin görsəndiyini bildirib:
“Artıq Messi ilə oynamıram, hələ də onun üçün darıxıram. Mən kimi futbolçular topu geniş ərazidə alanda daha təhlükəli olur. Belə ötürmələri isə yalnız Messi səviyyəsində oyunçular verir”.
Mbappe və Messi 2021-2023-cü illərdə PSJ-də birgə çıxış ediblər. Keçən yay 36 yaşlı argentinalı parislilərlə müqaviləsi başa çatdıqdan sonra Mayamiyə keçib.
.