Azərbaycanlı məşqçi Zaur Həşimov “Qarabağ”ın yeni transferi Aleksey İsayev barədə fikirlərini bildiirb.
İdmanxeber.az-a danışan gənc mütəxəssis millimizin üzvü barədə xoş sözlər deyib. O, “Qarabağ”ın doğru addım atdığını vurğulayıb:
“Qarabağ”ın qışda bir neçə oyunçunu transfer edəcəyi gözlənilirdi. Artıq ilk oyunçunu rənglərinə bağladılar. Aleksey İsayev komandaya güc qatacaq. Onun oyun stili “Qarabağ”a çox uyğundur. Yerli statusunda olması isə komanda üçün əlavə üstünlükdür.
Məncə, Aleksey gənc yaşlarında “Qarabağ”a keçsəydi, indi daha səviyyəli futbolçu olardı. O, avrokuboklarda da, çempionatda da “Köhlən atlar”a fayda verəcək. Bu transfer “Qarabağ” üçün çox yerində oldu”.
Xatırladaq ki, Ağdam təmsilçisi 28 yaşlı futbolçu ilə 3,5 illik müqavilə bağlayıb.
Həsən Quluzadə