“Kəpəz” Amil Yunanovu transfer etdiyini açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə klubu 30 yaşlı hücumçunu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.
Amil mövsümün ilk yarısını “Səbail”də keçirib. O, ilk dövrədə Premyer Liqada fərqlənə bilməsə də, Azərbaycan Kubokunda 2 oyuna 4 qol vurub.