“Fənərbağça” Mateus Saldanya ilə maraqlanır.
İdmanxeber.az jurnalist Yağız Sabuncuoğluya əsasən xəbər verir ki, İstanbul klubu 24 yaşlı forvard üçün “Partizan”la danışıqlara başlayıb.
Saldanya ötən ilin yanvarından yayına kimi “Neftçi”də çıxış edib. O, bu mövsüm “Partizan”da 16 oyunda 14 qol vurub.