“Barselona”nın vitse-prezidenti Rafa Yuste Xavinin komandanın baş məşqçisi kimi fəaliyyətini yüksək qiymətləndirib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi ispaniyalının işindən razı olduqlarını bildirib:
“Biz Xavinin və onun bütün heyətinin işindən razıyıq. Təzyiqlərin öhdəsindən gəlməsindən də məmnunuq”.
19 turdan sonra “Barselona” İspaniya çempionatında 41 xalla 3-cü pillədə qərarlaşıb. Lider “Real”dır (48 xal).