“Qarabağ”ın baş məqşçisi Qurban Qurbanov Leandro Andradenin klubdan ayrılıb-ayrılmayacağı ilə bağlı iddialara cavab verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis Çinin “Şanxay Şenxua” klubunun futbolçu ilə maraqlanmasına belə münasibət bildirib:
“Rəsmi təklif var idi. Klub üçün pis təklif də deyildi. Sadəcə hazırda bizim futbolçuya ehtiyacımız var. Çalışdıq ki, onu komandada saxlayaq. Hələ ki, Andrade bizim oyunçudur”.